Bu il "Şahdəniz"dən əlavə 2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur

Bu il "Şahdəniz"dən əlavə 2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur Bakı. 16 fevral. REPORT.AZ/ Bu il Şahdəniz yatağından əlavə 2 mlrd. kubmetr həcmində qaz hasilatı nəzərdə tutulur.
Energetika
16 Fevral , 2018 15:40
Bu il Şahdənizdən əlavə 2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur

Bakı. 16 fevral. REPORT.AZ/ Bu il "Şahdəniz" yatağından əlavə 2 mlrd. kubmetr həcmində qaz hasilatı nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

"Bu il "Şahdəniz" yatağından hasil olunan əlavə 2 mlrd. kubmetr qazın satışı ilə bağlı müqaviləmiz var", - deyə regional prezident vurğulayıb.

Onun sözlərinə görə, ixraca yönəldilən nəql həcmi ilbəil artacaq.

Q.Cons qeyd edib ki, TANAP üçün ilk qaz 2018-ci il iyunun 30-da sistemə vurulacaq: "Həmin gün artıq qaz hasil edəcəyik. İlin II yarısında "Şahdəniz-2" üzrə yeni platformadan qaz hasil olunaraq sistemə qoşulacaq".

Son xəbərlər

Orphus sistemi