Bu il Qazaxıstanda neft hasilatı 6% artıb

Bu il Qazaxıstanda neft hasilatı 6% artıb Bu ilin yanvar-aprel ayları ərzində Qazaxıstanda neft hasilatı 31,3 mln. ton təşkil edib.
Energetika
12 May , 2020 10:33
Bu il Qazaxıstanda neft hasilatı 6% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Qazaxıstanda neft hasilatı 31,3 mln. ton təşkil edib.

“Report”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6% çoxdur. Bu barədə ölkənin Energetika naziri Nurlan Noqayev hökumətin iclasında bildirib.

Noqayev qeyd edib ki, 2020-ci ilin yanvar-aprel aylarının nəticələrinə əsasən, ölkədə neft və kondensat hasilatı 31,3 milyon ton təşkil edib. Bu da planın 102,6%-ni və ya 2019-cu ilin analoji dövrünün 106%-ni təşkil edir.

Qeyd edək ki, Qazaxıstanın Energetika Nazirliyindən bildiriblər ki, OPEC+ qərarına əsasən respublikada 2020-ci ildə neft hasilatı planlaşdırılan 90 mln. tondan 84,5 mln. tona qədər azalıda bilər. 2019-cu ildə ölkədə neft hasilatının həcmi 90,5 mln. ton təşkil edib. 

Son xəbərlər

Orphus sistemi