BP D230 blokunda seymisk tədqiqatı I yarımildə yekunlaşdıracaq

BP D230 blokunda seymisk tədqiqatı I yarımildə yekunlaşdıracaq Xəzər dənizin Azərbaycan sektorunda yerləşən D230 blokunda 2019-cu ilin dekabr ayında 3-ölçülü seysmik tədqiqat proqramına başlanıb və hazırda davam edir.
Energetika
6 Fevral , 2020 14:38
BP D230 blokunda seymisk tədqiqatı  I yarımildə yekunlaşdıracaq

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən D230 blokunda 2019-cu ilin dekabr ayında 3-ölçülü seysmik tədqiqat proqramına başlanıb və hazırda davam edir.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2019-cu ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bildirilir ki, bu işlərin 2020-ci ilin birinci yarısında başa çatacağı planlaşdırılır.

Bunun ardınca əldə edilmiş məlumatların emalı və interpretasiyası aparılacaq və nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına da 2020-ci ildə başlanacaq.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir.

Son xəbərlər

Orphus sistemi