Bu il Ceyhandan 138 mln. bareldən çox BTC nefti ixrac edilib

Bu il Ceyhandan 138 mln. bareldən çox BTC nefti ixrac edilib Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən Botas International Limited (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 138,280 mln. barel xam neft nəql edib.
Energetika
26 İyul , 2019 12:24
Bu il Ceyhandan 138 mln. bareldən çox BTC nefti ixrac edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 138,280 mln. barel xam neft nəql edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 173 tankerə yüklənilərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,265 mlrd. barel neft 4 258 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub. 

Son xəbərlər

Orphus sistemi