Bu il Cənubi Qafqaz Boru Kəmərinə 870 mln. dollar xərclənib

Bu il Cənubi Qafqaz Boru Kəmərinə 870 mln. dollar xərclənib Bu il boru kəmərinin gündəlik orta ötürücülüyü 17,8 mln. kubmetr qaz olub
Energetika
30 Noyabr , 2015 18:58
Bu il Cənubi Qafqaz Boru Kəmərinə 870 mln. dollar xərclənib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətə təqribən 32 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 835 mln. dollarlıq əsaslı xərclər sərf edilib. "Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

İlk 9 ay ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 17,8 mln. kubmetr qaz olub.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Son xəbərlər

Orphus sistemi