Bu il BTC üzrə əməliyyat xərcləri 16% artıb

Bu il BTC üzrə əməliyyat xərcləri 16% artıb Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində “BTC Co.” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi üzrə 120 mln. ABŞ dolları vəsait xərcləyib.
Energetika
20 Noyabr , 2017 14:38
Bu il BTC üzrə əməliyyat xərcləri 16% artıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində “BTC Co.” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi üzrə 120 mln. ABŞ dolları vəsait xərcləyib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, BTC üzrə əməliyyat xərclərinə təqribən 101 mln. dollar, əsaslı xərclərə isə 19 mln. dollar xərclənib.

Bu ilin 9 ayında BTC-nin əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 16% artıb, əsaslı xərclərin həcmi isə 54% azalıb.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 374 mln. tondan artıq (təxminən 2,8 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 674 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 26 mln. ton (193 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 249 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi