Bu il BTC ilə 4,4 mln. ton Azərbaycan nefti nəql edilib

Bu il BTC ilə 4,4 mln. ton Azərbaycan nefti nəql edilib BTC kəməri ilə 571,9 min ton Türkmənistan nefti də nəql olunub
Energetika
3 Mart , 2017 16:57
Bu il BTC ilə 4,4 mln. ton Azərbaycan nefti nəql edilib

Bakı. 3 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 4 401 899 ton Azərbaycan nefti nəql olunub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 989 636 tonu fevral ayında ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il mart ayının 1-ə qədər BTC-yə 325 939 961 ton neft vurulub. 

Bundan başqa, 2017-ci ilin fevral ayında BTC kəməri ilə 571 860 ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.                    

Son xəbərlər

Orphus sistemi