Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 24 733,5 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 19 374,2 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3 759,1 min ton tranzit nefti də nəql edilib.