Bu il “Azərenerji” elektrik enerjisi ixracını 9 dəfə artırıb

Bu il “Azərenerji” elektrik enerjisi ixracını 9 dəfə artırıb Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,5%-ni təşkil edib
Energetika
11 May , 2017 10:42
Bu il “Azərenerji” elektrik enerjisi ixracını 9 dəfə artırıb

Bakı. 11 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 16 535,10 min ABŞ dolları dəyərində elektrik enerjisi satıb.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 535,86 min dollar yaxud 8,3 dəfə çoxdur.

İlin ilk dörd ayında ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 387 406,45 min kVt/saat elektrik enerjisi satılıb, bu da 2016-cı ilin müvafiq aylarına nisbətən 343 823,22 min kVt/saat yaxud 8,9 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi