Bu il 93 hündürmərtəbəli binaya qaz verilib

Bu il 93 hündürmərtəbəli binaya qaz verilib Bu isə ümumilikdə, 4 903 mənzili əhatə edir
Energetika
3 Aprel , 2017 13:35
Bu il 93 hündürmərtəbəli binaya qaz verilib
Report.az

Bakı. 3 aprel. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim etmiş 93 çoxmərtəbəli binanın qazının açılmasını təmin edib.

“Report”a Birlikdən verilən məlumata görə, bu isə ümumilikdə, 4 903 mənzili əhatə edir. “Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, - deyə qurumdan bildirilib.

Son xəbərlər

Orphus sistemi