Bu gün Xəzər və Sabunçu rayonlarında qaz verilişi dayandırılıb

Bu gün Xəzər və Sabunçu rayonlarında qaz verilişi dayandırılıb Bu gün Bakının iki rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranıb.
Energetika
1 Oktyabr , 2019 15:54
Bu gün Xəzər və Sabunçu rayonlarında qaz verilişi dayandırılıb

Bu gün Bakının iki rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz xətlərində sazlama işlərinin aparılması və yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün səhər saatlarından Xəzər rayonunun Buzovna qəsəbəsinin, həmçinin Sabunçu rayonu, Bilgəh qəsəbəsi və Albalılıq bağlar massivinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.

Son xəbərlər

Orphus sistemi