BTC-nin xərcləri azalıb

BTC-nin xərcləri azalıb Bu ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 25 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 3 milyon ABŞ dolları xərclənib.
Energetika
12 May , 2020 13:29
BTC-nin xərcləri azalıb

Bu ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 25 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 3 milyon ABŞ dolları xərclənib.

“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 457 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin I rübündə BTC üzrə əməliyyat xərclərinin həcmi ötən ilin I rübü ilə eyni olub, əsaslı xərclərin həcmi isə 50% azalıb.

Rüb ərzində isə BTC vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 76 tankerə yüklənib.

I rübdə BTC ilə nəqlin həcmi illik müqayisədə 3,75% azdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən tranzit nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10%); AzBTC (25,00%); MOL (8,90%, 16 aprel tarixindən “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71%); TPAO (6,53%); “Eni” (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi