BTC kəməri ilə neftin ixracı 6% artıb

BTC kəməri ilə neftin ixracı 6% artıb Ötən il Bakı-Ceyhan boru kəməri vasitəsilə 35 mln. ton xam neft ixrac olunub
Energetika
19 Fevral , 2015 15:25
BTC kəməri ilə neftin ixracı 6% artıb

Bakı. 19 fevral. REPORT.AZ/ Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə 0,2 mlrd. ABŞ dolları, əsaslı xərclərə isə 0,1 mlrd. dollar xərclənib. "Report"un BP-nin Bakı ofisinə istinadən verdiyi xəbərə görə, 2013-cü illə müqayisədə əsaslı xərclər 33,3% artıb.

Məlumata əsasən, BTC-nin gündəlik ötürmə gücü dəyişməz olaraq qalıb və hazırda 1,2 mln. barel təşkil edir.

Hesabat ilində BTC vasitəsilə təqribən 34,8 mln. ton (262 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 362 tankerə yüklənib. Beləliklə, 2013-cü illə müqayisədə BTC vasitəsilə xam neft ixracında 5,46% artım qeydə alınıb.

Qeyd edək ki, 1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan etibarən BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2,1 mlrd. barel (280 mln. ton) xam neft Ceyhanda 2 793 tankerə yüklənib və dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. Ötən ilin fevralında ARDNŞ-in əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirilib. Bu, BP ilə ARDNŞ-in bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi olub. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verib.

Xatırladaq ki, "BTC Co."-nun səhmdarları rolunda BP (30,1%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), ENİ (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), "ConocoPhillips" (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi