"Brent" markalı neftin qiyməti 54 dolları ötüb

"Brent" markalı neftin qiyməti 54 dolları ötüb Analitiklər 2017-ci ildə neftin qiymətinin 55-65 dollar arasında dəyişəcəyini gözləyir
Energetika
9 Dekabr , 2016 23:32
Brent markalı neftin qiyməti 54 dolları ötüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Neftin qiyməti şənbə günü Vyanada OPEK-ə üzv və qeyri-üzv neft hasilatçısı ölkələrinin görüşü öncəsi artmaqda davam edir.

"Report" xəbər verir ki, Londonun "ICE Futures" birjasında keçirilən hərrac zamanı "Brent" markalı neftin fevral fyuçersləri 0,56% artaraq bir barelə görə 54,2 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında "WTI" markalı neftin yanvar fyuçersləri 1,28% artaraq bir barel üçün 51,49 dollar təşkil edib.

"Westbeck Capital Management" analitiklərinin rəyinə görə, OPEK-in hasilatın məhdudlaşdırılması barədə razılaşması sayəsində 2017-ci ildə neftin qiyməti bir barelə görə arada 70 dolları ötməklə 55-65 dollar arası dəyişəcək.

Şənbə günü keçiriləcək Vyana görüşündə dəvət olunan 14 ölkədən Azərbaycan da daxil olmaqla 9 dövlət, o cümlədən Rusiya, Qazaxıstan, Meksika və Oman iştirak edəcəyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi