BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollar sərmayə yatırıb - YENİLƏNİB

BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollar sərmayə yatırıb - YENİLƏNİB Bəxtiyar Aslanbəyli: "Gələn ildən məktəbdə milliləşdirilmə həyata keçiriləcək və müəllimlər azərbaycanlı olacaq"
Energetika
16 Mart , 2017 11:39
BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollar sərmayə yatırıb - YENİLƏNİB
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ "BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollardan çox investisiya yatırıb". 

"Report" xəbər verir ki, bunu Layihələri İdarəetmə Məktəbinin yenidən açılış mərasimində çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, təmsil etdiyi qurum bundan sonra da sosial layihələrin reallaşmasına diqqət göstərəcək: "Layihələrin İdarəetmə Məktəbinin 300-dən çox məzunu var. Gələn ildən etibarən məktəbdə milliləşdirilmə həyata keçiriləcək və müəllimlər də azərbaycanlı olacaq".

***

Layihələri İdarəetmə Məktəbinin yenidən açılması tədbiri çərçivəsində BP və tərəfdaşları niyyət memorandumu imzalayıb. Sənədi tərəfdaşlar adından "BP-Azerbaijan" şirkətinin vitse-prezident B.Aslanbəyli imzalayıb.

Həmçinin, sənədi Bakı Ali Neft Məkətəbinin rektoru Elmar Qasımov və "Twenty Eighty Strategy Execution" şirkətinin direktoru Endi Dorlinq imzalayıblar.

Son xəbərlər

Orphus sistemi