​BP şirkəti Xəzərin dayazsulu hissəsində araşdırmalara başlayır

​BP şirkəti Xəzərin dayazsulu hissəsində araşdırmalara başlayır Gələn ilin sonuna kimi seysmik tədqiqatların nəticələri emal olunacaq
Energetika
10 Noyabr , 2015 12:55
​BP şirkəti Xəzərin dayazsulu hissəsində araşdırmalara başlayır

Bakı. 10 noyabr. REPORT.AZ/ "BP-Azerbaijan" şirkəti 2016-cı ilin birinci rübündə Xəzər Azərbaycan sektorunda, Abşeron yarımadası akvatoriyasının dayazsulu hissəsində tədqiqatlara başlayacaq.

"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrell bildirib.

Onun sözlərinə görə, bu hazırlıq işləri nəticəsində gələn ilin fevral-mart aylarında ilk seysmik tədqiqatlara başlanılacaq: "2016-cı ilin sonuna qədər həmin seysmik tədqiqatlar zamanı əldə olunacaq nəticələri emal edəcəyik. Bu məlumatlar nəticəsində gələcəkdə görəcəyimiz işlər planlaşdırılacaq".

"Bu müqavilə əsasında SOCAR-la böyük əməkdaşlıq imkanlarımız var", - deyə Q.Birrell əlavə edib.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayaz sulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahədə suyun dərinliyi 40 metrədək dəyişir.

Son xəbərlər

Orphus sistemi