BP gələn həftənin sonunadək hökumətə alternativ enerji ilə bağlı kommersiya təkliflərini təqdim edəcək

BP gələn həftənin sonunadək hökumətə alternativ enerji ilə bağlı kommersiya təkliflərini təqdim edəcək BP şirkəti gələn həftənin sonunadək alternativ və bərpa olunan enerji ehtiyatlarının istehsalı ilə bağlı kommersiya təkliflərini hökumətə təqdim edəcək.
Energetika
5 İyul , 2019 17:38
BP gələn həftənin sonunadək hökumətə alternativ enerji ilə bağlı  kommersiya təkliflərini təqdim edəcək

"BP şirkəti gələn həftənin sonunadək alternativ və bərpa olunan enerji ehtiyatlarının istehsalı ilə bağlı kommersiya təkliflərini hökumətə təqdim edəcək".

“Report”un məlumatına görə, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Gələn həftənin sonuna qədər imzalanmış qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində rəsmi olaraq Energetika Nazirliyinə alternativ və bərpa olunan enerjinin istehsalı ilə bağlı kommersiya təklifi təqdim olunacaq. Təkliflər nəzərdən keçiriləcək və müzakirələr başlanılacaq".

O qeyd edib ki, təkliflər günəş və külək enerjisini əhatə edir.

Qeyd edək ki, 2018-ci il dekabrın 18-də “BP-Azerbaijan” şirkəti və Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədi ilə Anlaşma Memorandumu imzalayıb.

Son xəbərlər

Orphus sistemi