"BP-Azerbaijan" şirkəti mühəndislik, təchizat və tikinti idarəçiliyi üzrə müqavilə imzalayıb

"BP-Azerbaijan" şirkəti mühəndislik, təchizat və tikinti idarəçiliyi üzrə müqavilə imzalayıb Müqavilə 5 il müddətinə imzalanıb
Energetika
13 Aprel , 2016 12:39
BP-Azerbaijan şirkəti mühəndislik, təchizat və tikinti idarəçiliyi üzrə müqavilə imzalayıb

Bakı. 13 aprel. REPORT.AZ/ "Worley Parsons" beynəlxalq şirkəti BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədəki əməliyyatlarına Mühəndislik, Təchizat və Tikinti İdarəçiliyi (EPCM) xidmətlərinin göstərilməsi üçün seçilib.

"Report" xəbər verir ki, bu barədə "Worley Parsons" şirkəti məlumat yayıb.

Müqavilə 5 il müddətinə imzalanıb. Müqaviləyə görə, "Worley Parsons" Səngəçal Terminalında və Azərbaycan, Gürcüstan və Türkiyədə boru kəmərləri sistemlərində EPCM xidmətləri göstərəcək. Şirkətin baş icraçı direktoru Endryu Vud (Andrew Wood) BP şirkəti ilə uzunmüddətli əlaqələrin davam etməsindən məmnunluğunu bildirib.

Son xəbərlər

Orphus sistemi