​Bolqarıstan prezidenti: "TAP işə düşəndən sonra Albaniya ilə əməkdaşlıq daha da genişlənəcək"

​Bolqarıstan prezidenti: "TAP işə düşəndən sonra Albaniya ilə əməkdaşlıq daha da genişlənəcək" Rosen Plevneliyev: "2018-ci ildə TAP kəməri ilə bu əməkdaşlığın gerçəkləşəcəyindən məmnunuq"
Energetika
7 Oktyabr , 2015 14:20
​Bolqarıstan prezidenti: TAP işə düşəndən sonra Albaniya ilə əməkdaşlıq daha da genişlənəcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bolqarıstan Albaniya, Kosova, Monteneqro və Serbiya ilə enerji şəbəkəsinin yaradılmasında maraqlıdır. "Report" xəbər verir ki, bunu Bolqarıstan prezidenti Rosen Plevneliyev albaniyalı həmkarı Buyar Nişani (Bujar Nishani) ilə keçirdiyi mətbuat konfransında deyib.

R.Plevneliyevin sözlərinə görə, Trans-Adriatik boru kəməri (TAP) işə düşdükdən sonra Albaniya ilə əməkdaşlıq daha da genişlənəcək. 

"Biz Albaniya ilə qaz sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq və 2018-ci ildə Trans-Adriatik boru kəməri vasitəsi ilə bu əməkdaşlığın gerçəkləşəcəyindən məmnunuq", - deyə Bolqarıstan prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi