Rövnəq Abdullayev: “İlin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır”

Rövnəq Abdullayev: “İlin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır” “Əsas hədəflərimizdən biri neft hasilatını sabit saxlamaqla yanaşı, qaz hasilatını daha da artırmaqdır və biz bu hədəfə doğru inamla addımlayırıq”.
Energetika
30 May , 2019 11:35
Rövnəq Abdullayev: “İlin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır”
Report/ Elchin Murad

“Əsas hədəflərimizdən biri neft hasilatını sabit saxlamaqla yanaşı, qaz hasilatını daha da artırmaqdır və biz bu hədəfə doğru inamla addımlayırıq”.

“Report”un məlumatına görə, bunu 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə qaz hasilatının önəmli dərəcədə artırılması respublikamıza xaricdən qaz idxalını tamamilə dayandırmaq imkanı yaradıb: “Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə davam edəcək”.

SOCAR prezidenti deyib ki, bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni üfüqlər açır: “Bizi indiyə qədər idxal olunan məhsulları ölkə daxilində istehsal edən müəssisələr yaratmağa ruhlandırır”.

Son xəbərlər

Orphus sistemi