Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq

Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq Bu səbəbdən bir neçə rayona qaz verilişində məhdudiyyət olacaq
Energetika
12 Aprel , 2016 17:02
Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 13-də saat 10.00-dan 18.00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Suraxanı”, Astara magistral qaz kəmərləri sahəsinin “Qaratəpə”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər” qazpaylama stansiyalarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, saat 11:00-dan 16:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin “Katex”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında təmir aparılacaq.

Təmir müddətində Şəmkir rayonunun Seyfəli, Göygöl rayonunun Nadel, Almədətli və Quşqara, Balakən rayonunun Katex və Beretbinə, Saatlı rayonunun Qarayevkənd və Fətəlikənd, Sabirabad rayonunun Şəhriyar və Xəlfəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Suraxanı və Bülbülə qəsəbələrinin, eləcə də Tərtər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi