Bakının və Abşeronun bəzi qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakının və Abşeronun bəzi qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq Abşeron rayonu Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.
Energetika
9 Dekabr , 2019 12:41
Bakının və Abşeronun bəzi qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Abşeron rayonu Qobu və Masazır qəsəbələri, "At-yalı" yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu "28 May" qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.

"Report" bu barədə "Azərişıq"a istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar olaraq dekabrın 10-u tarixindən adı çəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi