​Beynəlxalq Energetika Agentliyinin direktoru: "Bir ildən sonra neft bahalaşacaq"

​Beynəlxalq Energetika Agentliyinin direktoru: "Bir ildən sonra neft bahalaşacaq" "2020-ci ildə neftin qyiməti 80 dolar səviyyəsində olacaq"
Energetika
21 Dekabr , 2015 16:25
​Beynəlxalq Energetika Agentliyinin direktoru: Bir ildən sonra neft bahalaşacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ "Neftin qiyməti 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən artaraq, 2020-ci ildə 80 dollara çata bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyinin icraçı direktoru Fateh Birol Yaponiyanın paytaxtı Tokioda keçirdiyi mətbuat konfransında deyib.

"Çətin ki, neftin qiyməti 40 dollar ətrafında uzun müddətə qalsın. Biz 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən etibarən neftin bahalaşmasının şahidi olacağıq. 2020-ci ildə isə onun qiyməti 80 dollara yaxınlaşacaq", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi