Bərdədə daha 60 evə qaz verilib

Bərdədə daha 60 evə qaz verilib Bərdədə daha 60 evə qaz verilib
Energetika
10 Avqust , 2020 13:04
Bərdədə daha 60 evə qaz verilib

Azərbaycanın bölgələrində 2020-ci il üzrə tərtib olunan dövlət proqramına uyğun olaraq qaz çəkilişləri davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu günlərdə Bərdə rayonunda Məşədiibişli kəndində qaz çəkilişi prosesi tamamlanıb.

Bu kənddə 60 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumilikdə, 7 693 metr uzunluğunda polietilen, 6 021 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib. Qazla təmin edilən evlərin hər birinə məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi