Berat Albayrak: "Türkiyə tam iqtisadi müstəqilliyə doğru addım atdı"

Berat Albayrak: "Türkiyə tam iqtisadi müstəqilliyə doğru addım atdı" Qara dənizdə kəşf edilən 320 milyard kubmetrlik təbii qaz yatağı ilə Türkiyə iqtisadi baxımdan tam müstəqillik qazanmaq imkanı əldə edib.
Energetika
21 Avqust , 2020 18:46
Berat Albayrak: Türkiyə tam iqtisadi müstəqilliyə doğru addım atdı
Berat Albayrak

"Türkiyə Qara dənizdə kəşf edilən 320 milyard kubmetrlik təbii qaz yatağı ilə iqtisadi baxımdan tam müstəqillik qazanmaq imkanı əldə edib".

“Report” “İnternethaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak bildirib.

Nazir sözügedən kəşf sayəsində ölkənin iqtisadi gündəmində cari kəsir mövzusu əvəzinə, cari qalığın bərqərar olacağını deyib: “Qələbə ayındayıq və bu gün də böyük bir qələbəyə imza atdıq. Türkiyə enerji və iqtisadiyyat baxımdan tam müstəqilliyə doğru addım atdı. Bu gün buradakı potensialla artıq yeni bir dövrə qədəm basırıq”.

Son xəbərlər

Orphus sistemi