2020-ci ilə qədər STAR-ın məhsullarının tamamilə Türkiyə bazarında satılması planlaşdırılır

2020-ci ilə qədər STAR-ın məhsullarının tamamilə Türkiyə bazarında satılması planlaşdırılır Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşa edilən STAR neft emalı zavodu Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir.
Energetika
10 Oktyabr , 2019 12:45
2020-ci ilə qədər STAR-ın məhsullarının tamamilə Türkiyə bazarında satılması planlaşdırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşa edilən STAR neft emalı zavodu Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir.

“Report”un məlumatına görə, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında STAR Neft Emalı Zavodunun Baş direktoru Məsut İlter bildirib.

O xatırladıb ki, illik emal gücü 10 mln. ton xam neft olan zavodda 4,8 mln. ton dizel və 1,6 mln. ton nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir: “100-dən artıq neft çeşidini emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam həcmindədir”.

M. İlter bildirib ki, ilk satışını 2019-cu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən STAR NEZ 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb: “Bu ilin əvvəlindən ümumilikdə 4,5 mln. ton məhsul istehsal edən STAR zavodu daxili bazarın tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir. STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən STAR NEZ məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. Zavod ildə 4,8 mln. ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. NEZ-in məhsul çeşidləri arasında benzin yoxdur”.

M. İlter qeyd edib ki, bu ilin sonuna qədər STAR Neft Emalı Zavodu 7,5 mln. ton neft emal etməyi nəzərdə tutur. STAR Neft emalı zavodunda hazırda Azərbaycan nefti ilə yanaşı “Urals”, Liviya neftindən istifadə edilir.

O, həmçinin qeyd edib ki, hazırda STAR Neft emalı zavodu istehsal etdiyi məhsulların 65-70 faizini daxili bazara satır. 2020-ci ilə qədər isə bu neft emalı zavodunun istehsal etdiyi məhsulları tamamilə daxili bazara satılacaq.

Son xəbərlər

Orphus sistemi