Bakıda "SAP Energy" forumu işə başlayıb - FOTO

Bakıda "SAP Energy" forumu işə başlayıb - FOTO Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR), SAP şirkəti ilə birlikdə MDB ölkələrinin neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı ilə SAP Energy forumu işə başlayıb.
Energetika
10 Oktyabr , 2019 10:52
Bakıda SAP Energy forumu işə başlayıb - FOTO
Report / Firi Salim

Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR), SAP şirkəti ilə birlikdə MDB ölkələrinin neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı ilə "SAP Energy" forumu işə başlayıb.

"Report" xəbər verir ki, tədbiri SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov açaraq forumun işinə uğurlar arzulayıb.

Tədbirdə "Rosneft", "LukOil", "Gazprom", "Gazprom neft", "Transneft", "Zarubejneft", SİBUR, TAİF, "Salım Petroleum", "KazMunayGaz", "Belorusneft", MOL, OMV və digər şirkətlərin nümayəndələri iştirak edib.

Forumun işində sahə ekspertlərinin və SAP-ın neft-qazın rəqəmsallaşdırılması haqqında hesabatları, rəqəmsal yatağın yaradılması təcrübəsi, STAR neft emalı zavodu, SAPS/4HANA bazasında intellektual müəssisə, nəqliyyatın və xüsusi texnikanın idarə olunmasının avtomatlaşdırılması,ERP daxil edilməsinin akseleratoru qismində şirkət modeli, "Surqutnefteqaz":daxili servis üçün "Process mining"ə dair məruzələr dinlənilib və müzakirələr aparılıb, mütəxəssislər rəqəmsal transformasiya sahəsində əldə etdikləri təcrübəni bölüşüb, yanacaq energetika kompleksinə daxil olan müəssisələrin innovativ layihələri müzakirə aparılıb.

Xatırladaq ki, 2008-ci ildən SOCAR-ın müəssisə və təşkilatlarında SAP-ın BRP sisteminin Fi, MM, SD, HR, FSCM (TRM komponenti),GRC (AC komponenti) modullarının, SAP sisteminin CO (kontrollinq), BPC(Büdcələşmə),BPC (konsolidasiya), GRC(RM komponenti), Opentext CS (Elektron sənəd dövriyyəsi), BW (Biznesin məlumatlar bazası) modulları,həmçinin sistemin istehsalat sahəsinə aid olan PP, PM,PS və QM modulları tətbiq edilir.

Hazırda 3500-ə yaxın elektron sənəd dövriyyəsi və 3800-ə yaxın SAP modullarının istifadəçiləri olmaqla SAP BRP sisteminin və Opentext proqram kompleksinin tətbiqi SOCAR və onun bütün müəssisə və təşkilatlarını əhatə edib və İTRİ tərəfindən dəstəklənməsi yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi