Bakıda "İnsan resursları funksiyalarının transformasiyası" layihəsi üzrə təqdimat keçirilib

Bakıda "İnsan resursları funksiyalarının transformasiyası" layihəsi üzrə təqdimat keçirilib Layihə SOCAR və SAP şirkətlərinin əməkdaşlığı ilə reallaşıb
Energetika
11 May , 2016 12:06
Bakıda İnsan resursları funksiyalarının transformasiyası layihəsi üzrə təqdimat keçirilib

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakıda "İnsan resursları funksiyalarının transformasiyası" birgə layihəsi üzrə təqdimat keçirilib. "Report" xəbər verir ki, layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və SAP şirkətinin əməkdaşlığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov açıb. SOCAR rəsmisi neft kapitalını insan kapitalına çevrilməsi üçün SOCAR-ın gördüyü işlər və planları haqqında danışıb.

Daha sonra SAP şirkətinin rəsmiləri layihə haqqında məlumat veriblər.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, rəhbərlik etdiyi şirkət üçün ən önəmli insan amilidir: "Biz 10 ildən çoxdur ki, uğurla kadr hazırlığı işinə davam edirik. Hazırda dünyada mühəndis çatışmazlığı var. Hətta ingilis dilli mühəndisləri tapmaq çox çətindir. "Şahdəniz" layihəsindəki modulun hazırlanmasını Azərbaycan mütəxəssisləri görür. Vaxtilə, "Azəri-Çıraq-Günəşli"də çalışan işçilərlə bağlı bəzi müşahidələr apardıq və məlum oldu ki, 1 500-ə qədər işçinin təxminən 10 nəfəri yerli kadrlardır".

R.Abdullayevin sözlərinə görə, işə qəbul prosesində ədalət prinsipi əsas götürülməlidir.

Xatırladaq ki, SOCAR prezidentinin təklifi ilə tədbirdə bir sıra QHT nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi