Bakıda “Energy Forward" tədbiri keçirilir - VİDEO

Bakıda “Energy Forward" tədbiri keçirilir - VİDEO Baker Hughes şirkəti Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən Energy Forward konfransı keçirir.
Energetika
10 Dekabr , 2019 09:47
Bakıda “Energy Forward tədbiri keçirilir - VİDEO

"Baker Hughes" şirkəti Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən "Energy Forward" konfransı keçirir.

"Report" xəbər verir ki, tədbirin proqramına aparıcı regional və beynəlxalq şirkətləri təmsil edən yüksək nüfuza malik spikerlərlə Xəzər dənizi hövzəsində və dünyanın digər yerlərində neft və qaz sektorunda müşahidə olunan dəyişiklərin müzakirə olunduğu plenar sessiyalar, habelə rəqəmsal transformasiya, ən müasir intervensiyalar, ağıllı qazma, tam maye həlləri, vəziyyətin monitorinqi və qabaqlayıcı korroziya idarəetməsi, həmçinin sıxılmış ağac və manifold kimi neftçıxarma avadanlıqları barədə geniş texniki sessiyalar daxildir.

Konfransın strateji hissəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev çıxış edəcək. Daha sonra keçiriləcək plenar sessiyada BP şirkətinin regional direktoru Gary Jones, Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov və "Baker Hughes" şirkətinin rəqəmsal həllər üzrə vitse-prezidenti Rami Qasem neft sənayesində müşahidə olunan çağırışları və şirkətlərin bu çağırışlara davam gətirəcək çevik və dayanıqlı biznes mühitini necə qurmalı olduqları barədə müzakirə aparacaq.

Tədbirdə həmçinin "Baker Hughes" tərəfindən ilk dəfə Azərbaycanda təqdim olunan ən müasir texnologiyaların nümayiş olunduğu sərgi keçiriləcək. Sərgidə Xəzər dənizi regionundan olan bütün ölkələrin təmsilçiləri üçün ən son innovasiyalar və qabaqcıl texnologiyalar, o cümlədən süni zəka, periferik hesablama (edge computing) və yeni nəsil fakelin işinin optimallaşdırılması barədə məlumat əldə etmək imkanı qazanacaq.

Tədbirdə həmçinin "Baker Hughes" şirkətinin sualtı texnologiyaların gələcəyi ilə bağlı yanaşması - Subsea Connect, həmçinin qazma və tamamlama işləri üçün qabaqcıl neftçıxarma texnologiyaları nümayiş olunacaq. Digər bölmə isə karbon və metan tullantılarının azaldılmasına yönəlmiş yeni enerji gələcəyini nəzərdə tutan rəqəmsal həllərə həsr olunub.

"Energy Forward" beynəlxalq səviyyədə qabaqcıl təcrübəni və çıxarılmış nəticələri bölüşmək və mühəndislik, elm və məlumatların imkanlarını kəşf etmək məqsədilə dünyanın əsas neft və qaz şirkətlərindən olan 250-dən çox liderləri və əsas tərəfdaşları bir araya gətirən və Xəzər regionunda neft və qaz sektorunun gələcək inkişafı üçün rəqəmsal transformasiya və innovasiyaların nümayiş olunduğu unikal texnologiya tədbiridir. 

Son xəbərlər

Orphus sistemi