Bakı-Tbilisi-Ərzurumla 3 mlrd. kubmetr qaz nəql edilib

Bakı-Tbilisi-Ərzurumla 3 mlrd. kubmetr qaz nəql edilib Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 897,0 mln. kubmetr qaz nəql edilib.
Energetika
14 İyun , 2018 17:56
Bakı-Tbilisi-Ərzurumla 3 mlrd. kubmetr qaz nəql edilib

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 897,0 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2% artım müşahidə olunub. Qazın nəqlinin 30,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3 031,1 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi