Bakı Neft Emalı Zavodunda topoqrafik tədqiqat işlərinə başlanılıb

Bakı Neft Emalı Zavodunda topoqrafik tədqiqat işlərinə başlanılıb "Azərkimya" İB-nin xammal ilə etibarlı təmin olunması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə burada qurğular quraşdırılacaq
Energetika
31 İyul , 2015 16:52
Bakı Neft Emalı Zavodunda topoqrafik tədqiqat işlərinə başlanılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Dövlət Aerogeodeziya Müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisində topoqrafik tədqiqat işlərinin - birinci dərəcəli geodeziya işarələrinin quraşdırılması mərhələsinə start verilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, NEZ ərazisində yeni geodeziya və nivelir məntəqələrinin koordinat yüksəkliklərinin təyin edilib hesablanması, nivelir nişanlarının quraşdırılması işləri nəzərdə tutulan birinci pilləli sahə işlərin qrafikinə daxildir və bu istiqamətdə işlər sürətlə davam etməkdədir.

Bu günlərdə növbəti mərhələdə bu işlərin davamı olaraq zavodda topoqrafik tədqiqatin həyata keçirilməsi üçün texniki təkliflərini təqdim edən SOCAR - "Foster Wheeler" və SOCAR - "Fugro LLC" birgə müəssisələrinin mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə zavodun yeni texnoloji qurğularının inşa olunacağı ərazilərdə görüləcək topoqrafiq tədqiqat işlərinin aparılması üçün qabaqlayıcı təqbirlər, sağlamlıq, ətraf mühütün qorunması, texniki təhlükəsizlik və s. məsələlər müzakirə olunub. Slaydlar vasitəsilə geniş informativ təqdimat keçirilib, görüləcək işlərin qrafik cədvəli təqdim olunub və suallara cavab verilib.

Məlumata görə, bu qurğular anacaq enerji təhlükəsizliyinin etibarlı təminatı, daxili və xarici bazarlar üçün rəqabət qabiliyyətli neft məhsullarının istehsalı, avtomobil benzinləri və dizel yanacağının "Avro-5" ekoloji standartlarının tələblərinə cavab verməsi, neft emalı məhsullarına ölkə daxili təlabatın uzunmüddətli təmin edilməsi, istismar xərclərinin azaldılması və gəlirliyin artırılması, "Azərkimya" İB-nin xammal ilə etibarlı təmin olunması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi