“Azneft”də İnsan Resurslarının Transformasiyası layihəsinin icrası ilə bağlı iclas keçirilib

“Azneft”də İnsan Resurslarının Transformasiyası layihəsinin icrası ilə bağlı iclas keçirilib “Azneft” İstehsalat Birliyində (İB) İnsan Resurslarının Transformasiyası Proqramının icrasının 9 aylıq nəticələrinə dair hesabatın təqdimatı keçirilib.
Energetika
17 Oktyabr , 2019 10:53
“Azneft”də İnsan Resurslarının Transformasiyası layihəsinin icrası ilə bağlı iclas keçirilib

“Azneft” İstehsalat Birliyində (İB) İnsan Resurslarının Transformasiyası Proqramının icrasının 9 aylıq nəticələrinə dair hesabatın təqdimatı keçirilib.

“Report”un İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Birliyin Baş direktoru Daşqın İskəndərov insan resurslarının idarə edilməsində beynəlxalq təcrübədən danışıb. O bildirib ki, “Azneft” İB-də kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi, yeni və peşəkar kadrların cəlb edilməsi hər zaman diqqət mərkəzində saxlanılan mühüm məqamlardan biridir: “Dünya sürətlə inkişaf edir. Yeni texnika və texnologiyaların tətbiqi daha da genişlənir. İxtisaslı və peşəkar kadrlara isə hər zaman ehtiyac duyulur. Bu mənada “Azneft” İstehsalat Birliyi hər zaman gənc, peşəkar kadrların cəlb edilməsində aktiv iş aparır, mövcud kadrların əməyinin stimullaşdırılmasına xüsusi diqqət göstərir”.

D. İskəndərov “Azneft” İstehsalat Birliyində bilik və bacarığa hər zaman önəm verildiyini vurğulayıb.

Tədbirdə “Azneft” İB-nin idarəetmə aparatında və müəssisələrində səriştəliliklərin idarə edilməsi layihəsinin cari statusu, effektivliyin idarə edilməsi layihəsinin cari statusu, təlim və inkişaf qrupunun və digər insan resursları əməliyyatlarının cari statusu mövzularında təqdimatlar dinlənilib.

Son xəbərlər

Orphus sistemi