"Azərişıq": “Yay aylarında enerji sərfiyyatı artır”

"Azərişıq": “Yay aylarında enerji sərfiyyatı artır” “Yay mövsümündə, xüsusən də iyul-avqust aylarında enerji artımı müşahidə edilir”.
Energetika
14 Avqust , 2020 17:30
Azərişıq: “Yay aylarında enerji sərfiyyatı artır”

“Yay mövsümündə, xüsusən də iyul-avqust aylarında enerji sərfiyyatında artım müşahidə edilir”. 

  "Report" xəbər verir ki,  bunu bu gün keçirilən brifinqdə "Azərişıq" ASC-nin  Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib. 

O qeyd edib ki, enerji sərfiyyatında 2018-ci ilin iyul ayında iyun ayı ilə müqayisədə 407 mln KVt/saat, 2019-cu ilin iyul ayında iyuna nisbətən 141 mln KVt/saat, 2020-ci lin iyul ayında isə iyuna nisbətən 201 mln KVt/saat artım qeydə alınıb: "Enerji sərfiyyatındakı bu artım istehlakçılarımızın sayğaclarında da əks olunmalı idi", -deyə ASC rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi