Vüqar Əhmədov: “SSRİ-də 10 kilovoltluq gərginliyə keçid ilk dəfə Bakıda olub”

Vüqar Əhmədov: “SSRİ-də 10 kilovoltluq gərginliyə keçid ilk dəfə Bakıda olub” “Ümummilli lider Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərliyə başlayanda enerji sistemimiz iqtisadiyyatın inkişafına təsir göstərəcək gücə malik deyildi”.
Energetika
9 May , 2020 13:07
Vüqar Əhmədov: “SSRİ-də 10 kilovoltluq gərginliyə keçid ilk dəfə Bakıda olub”

“Ümummilli lider Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərliyə başlayanda enerji sistemimiz iqtisadiyyatın inkişafına təsir göstərəcək gücə malik deyildi”. 

“Report” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov rəsmi mətbuatda çıxan məqaləsində bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində olub: “Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda “Şəmkir” SES və Cənubi Qafqazda ən iri elektrik stansiyası olacaq “Azərbaycan” DRES-in inşasına başlamaq qərara alındı. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu.

“Azərbaycan” DRES-in birinci enerji blokunun işə salınması respublikada əlamətdar hadisəyə çevrildi. Ümummilli lider bu münasibətlə 1981-ci il oktyabrın 20-də Mingəçevir şəhərinə gələrək, burada stansiyanın vəziyyəti ilə tanış oldu, energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verdi. Sonradan isə həmin təqvim cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirildi”.

“Azərişıq” sədri qeyd edib ki, həmin dövrdə Bakı və onun qəsəbələrinin də elektrik təsərrüfatının inkişafında yeni mərhələ başlanmış oldu: “Belə ki, o vaxt Badamdar, Musabəyov qəsəbələrində, 8-ci kilometrdə, Əhmədli, Günəşli, Qaraçuxur yaşayış massivlərində, Respublika stadionunun ətrafında və s. yerlərdə möhtəşəm tikinti işləri gedirdi. Məhz həmin illərdə Bakı Metropoliteninin yeni stansiyaları, “Gülüstan” və Əl Oyunları sarayları, Bakı Dövlət Sirki, “Azərbaycan”, “Bakı”, “Abşeron” mehmanxanaları, elektrotexnika, elektron və digər sənaye sahələrinin iri müəssisələri istifadəyə verildi. Bütün bunların dayanıqlı enerji təchizatının təmin edilməsi bilavasitə Bakı Şəhər Elektrik Şəbəkəsinin üzərinə düşürdü və demək lazımdır ki, şəbəkə bu vəzifənin öhdəsindən layiqincə gəlirdi.

Yeri gəlmişkən, burada onu da xatırladım ki, ötən əsrin 70-ci illərində keçmiş Sovet İttifaqı ərazisində 6 kilovolt elektrik şəbəkələri 10 kilovolt gərginliyə məhz Bakıda keçirildi və şəbəkənin 220/127 voltdan 380/220 volt gərginliyə keçilməsi təmin edildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu həmin dövrdə respublika iqtisadiyyatının sürətli inkişafına imkan verən və onun gələcəkdə iqtisadi cəhətdən müstəqilliyinə zəmin yaradan bir çox iri müəssisə və obyektlərin, o cümlədən Bakı Məişət Kondisionerləri, Heydər Əliyev adına Dərin Özüllər, Bakı Yeni Neftayırma zavodlarının tikintisinə nail olundu ki, onların elektrik enerjisi təchizatının təminatı üçün yeni inşa edilmiş 110 kilovoltluq yarımstansiyalar istismara verildi.

Enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqəti sayəsində respublikamızın, o cümlədən Bakının elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi”.

Son xəbərlər

Orphus sistemi