Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 5-də gecə saat 12 radələrində respublikanın Dağlıq Şirvan iqtisadi rayonunda baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunda 5 nöqtədə küçə qaz xətləri zədələnib.
Şamaxı rayonunun əhalisinin təbii qaz təchizatında yaranmış fasilənin tez bir zamanda aradan qaldırılması üçün artıq “Azəriqaz”ın aidiyyatı qurumları tərəfindən səhər saatlarından zədələnmiş qaz kəmərlərində təmir-bərpa işləri aparılır və işlərin günorta saatlarına kimi başa çatdırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra Şamaxı rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi tam bərpa olunacaq.