“Azəriqaz” smart kartların verilməsi ilə bağlı iş qrafikində dəyişiklik edib

“Azəriqaz” smart kartların verilməsi ilə bağlı iş qrafikində dəyişiklik edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sabahdan əlavə işçilər ayırır.
Energetika
4 Sentyabr , 2019 18:30
“Azəriqaz” smart kartların verilməsi ilə bağlı iş qrafikində dəyişiklik edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sabahdan əlavə işçilər ayırır.

Bu barədə “Report”a “Azəriqaz”dan bildirilib.

Məlumata görə, bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələrin yarandığını nəzərə alaraq, sabahdan etibarən Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında (Volkswagen Bakı Mərkəzinin yanı) müştəri xidmətlərinin göstərilməsi üçün əlavə işçilər ayrılacaq: “Onlar həftənin 7 günü fəaliyyət göstərəcəklər. Bundan başqa, Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində də xidmət əvvəlki qaydada davam etdiriləcək”.

Son xəbərlər

Orphus sistemi