“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi 96%-ə çatıb

“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi 96%-ə çatıb 2019-cu ildə respublikanın regionlarında 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu.
Energetika
28 Dekabr , 2019 15:36
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi 96%-ə çatıb

2019-cu ildə respublikanın regionlarında 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Proqrama 4 607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin I rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb.

Son xəbərlər

Orphus sistemi