"Azəriqaz" iyulda 5 mindən çox yeni abonenti qeydiyyata alıb

"Azəriqaz" iyulda 5 mindən çox yeni abonenti qeydiyyata alıb Həmin dövrdə əhali sektoru üzrə 65,2 mln. kubmetr həcmində təbii qaz satılıb
Energetika
7 Avqust , 2015 15:40
Azəriqaz iyulda 5 mindən çox yeni abonenti qeydiyyata alıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 007 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1 307-si Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 3 700-ü isə regionların payına düşüb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Həmin dövrdə əhali sektoru üzrə 65,183 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 132% vəsait toplanıb.

Qeyd edək ki, avqustun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 124 197 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 326 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi