“Azəriqaz”: Gəncə və Ağsuya hər həftə 1 500 ədəd sayğac göndərilir

“Azəriqaz”: Gəncə və Ağsuya hər həftə 1 500 ədəd sayğac göndərilir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regional qaz istismarı İdarələrinin xidməti ərazilərində yeni nəsil smart-kart tipli qaz sayğaclarının kütləvi olaraq quraşdırılması işləri davam edir.
Energetika
14 Avqust , 2019 12:30
“Azəriqaz”: Gəncə və Ağsuya hər həftə 1 500 ədəd sayğac göndərilir
Azəriqaz / Report

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regional qaz istismarı İdarələrinin xidməti ərazilərində yeni nəsil smart-kart tipli qaz sayğaclarının kütləvi olaraq quraşdırılması işləri davam edir.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, uzun müddət istismarda olan və hazırda istismar müddətini başa vurmuş 115 198 ədəd məişət təyinatlı mexaniki və smart-kart tipli qaz sayğacları daha müasirləri ilə əvəz edilir. Bununla əlaqədar olaraq hər regiona həftəlik 1 500 ədəd “İtron Gallus Pay G-4 NGPP” markalı qaz sayğacı ayrılır. Bildirilib ki, istismar müddəti bitmiş qaz sayğacları təmənnasız olaraq yenisi ilə əvəzlənir və bu işlərin icrası üçün əməkdaşların çox hissəsi prosesə cəlb edilib.

Yeni quraşdırılmış smart-kart tipli qaz sayğaclarının ödəniş kartlarının vətəndaşlar tərəfindən asanlıqla əldə edilməsi üçün “Azəriqaz” İB hər iki regionda rayonlar üzrə səyyar xidmət təşkil edib.

Son xəbərlər

Orphus sistemi