"Azəriqaz" bu il 64 min mənzilə texniki baxış keçirib

"Azəriqaz" bu il 64 min mənzilə texniki baxış keçirib "Azəriqaz" İB istehlakçılardan təbii qazdan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir
Energetika
15 Aprel , 2015 18:19
Azəriqaz bu il 64 min mənzilə texniki baxış keçirib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən 2015-ci ilin yanvar-mart aylarında 64 159 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

"Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İB istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir", - şirkətin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi