“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 136 minə yaxın istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 136 minə yaxın istehlakçıya xidmət edib “Azəriqaz” İstehsalat Birliyi yanvar-may ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Energetika
12 İyun , 2019 14:18
“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 136 minə yaxın istehlakçıya xidmət edib

“Azəriqaz” İstehsalat Birliyi yanvar-may ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bu ilin beş ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə, Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 135 min 836 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

Bildirilib ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi