“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 124 945 istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 124 945 istehlakçıya xidmət edib Bakı. 3 avqust. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Energetika
3 Avqust , 2018 17:57
“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 124 945 istehlakçıya xidmət edib
Report
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz” İB-dən “Report”a verilən məlumata görə, cari ilin yeddi ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 124 945 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi