“Azəriqaz” 4 rayonda səyyar formada xidmətlər həyata keçirəcək

“Azəriqaz” 4 rayonda səyyar formada xidmətlər həyata keçirəcək Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 6-dan etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 oktyabr – 3 noyabr tarixlərində Tovuz, oktyabrın 6-dan 20-dək Ağdam və Cəlilabad, oktyabrın 6-dan 25-dək isə Hacıqabul rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək.
Energetika
4 Oktyabr , 2018 18:25
“Azəriqaz” 4 rayonda səyyar formada xidmətlər həyata keçirəcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 6-dan etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 oktyabr – 3 noyabr tarixlərində Tovuz, oktyabrın 6-dan 20-dək Ağdam və Cəlilabad, oktyabrın 6-dan 25-dək isə Hacıqabul rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtobuslar vasitəsilə abonentlərə tam şəkildə “ASAN kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

İstehlakçılar bu layihə çərçivəsində müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi