"Azərenerji" elektrik enerjisi istehsalını 1%-dən çox artırıb

"Azərenerji" elektrik enerjisi istehsalını 1%-dən çox artırıb Ölkənin ən iri enerji istehsalçısı olan “Azərbaycan” İES-də elektrik enerjisi istehsalı illik müqayisədə 33% artıb
Energetika
16 Oktyabr , 2017 19:01
Azərenerji elektrik enerjisi istehsalını 1%-dən çox artırıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın enerji sistemində 16 384,5 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin eyni dövründəki istehsalla müqayisədə 229,1 mln. kVt/s, yaxud 1,42% çoxdur.

Bu barədə "Report"a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası, o cümlədən Azərbaycanın ən böyük enerji istehsalçısı olan “Azərbaycan” İES bu ilin ilk 9 ayında 6 286,4 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 547,3 mln. kVt/s, yaxud 32,65% artıqdır.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehsalında “Astara” ES-də 22,1 mln. kVt/s, “Xaçmaz” ES-də 10,2 mln. kVt/s, “Bakı” ES-də 25,6 mln. kVt/s, “Səngəçal” ES-də 58,4 mln. kVt/s, “Şahdağ” ES-də 44,2 mln. kVt/saat artım olub. SES-lər üzrə ən yüksək göstəricisi - 12,4 mln. kVt/s - Mingəçevir SES-də qeydə alınıb.

Qurum sözçüsünün açıqlamasında deyilir ki, hazırda “Azərenerji” ASC-nin bütün istehsal müəssisələrində Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində müəyyənləşdirilmiş prioritetlərin icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər elektrik stansiyalarının səmərəliliyinin artırılmasına və mövcud potensialdan əlverişli istifadə olunmasına yönəldilib.

Son xəbərlər

Orphus sistemi