Azərbaycanla Qazaxıstan arasında enerji əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycanla Qazaxıstan arasında enerji əməkdaşlığına dair müzakirələr aparılıb Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Azərbaycandakı səfiri Sərjan Əbdükərimovla görüşüb.
Energetika
8 Oktyabr , 2019 17:56
Azərbaycanla Qazaxıstan arasında enerji əməkdaşlığına dair müzakirələr aparılıb

Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Azərbaycandakı səfiri Sərjan Əbdükərimovla görüşüb. 

“Report” Qazaxıstan Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki,  görüşdə iki ölkə arasında enerji və infrastruktur sahələrindəki əməkdaşlıq məsələləri müzakirə olunub.

İqtisadi-ticari əməkdaşlığa dair Azərbaycan tərəfindən həmsədri Pərviz Şahbazov olan hökumətlərarası komissiyasının sabahkı iclası ərəfəsində keçirilən görüş zamanı tərəflər sərmayə və iqtisadi-ticari əlaqələrin vəziyyətini, qarşılıqlı maraq kəsb edən yeni sahələrdə əməkdaşlığı genişləndirmək məsələsini müzakirə ediblər. 

Eyni zamanda neft-qaz, dəmir yolu nəqliyyatı, tranzit, logistika, taxıl və buğda tədarükü, turizm və s. sahələrə dair layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi