İcraçı direktor: "MHŞT-nin növbəti iclasında Azərbaycanın statusunun bərpası məsələsi müzakirə ediləcək"

İcraçı direktor: "MHŞT-nin növbəti iclasında Azərbaycanın statusunun bərpası məsələsi müzakirə ediləcək" Şahmar Mövsümov: "Toplantı bu ilin oktyabr ayında keçiriləcək"
Energetika
12 İyul , 2016 13:12
İcraçı direktor: MHŞT-nin növbəti iclasında Azərbaycanın statusunun bərpası məsələsi müzakirə ediləcək

Bakı. 12 iyul. REPORT.AZ/ "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) cari ilin oktyabr ayında növbəti iclası keçiriləcək". 

"Report" xəbər verir ki, bunu Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib.

"Həmin toplantıda Azərbaycanın statusunun bərpası məsələsinin müzakirə olunacağını güman edirəm", - deyə o, söyləyib. 

Ş.Mövsümov, həmçinin avqustun əvvəllərində qiymətləndirmə missiyasının hesabatının açıqlanacağını da deyib: "İyulun 4-8-də MHŞT-nin qiymətləndirmə missiyası Bakıda idi. Həmin qrupun hesabatının gələn ay açıqlanacağı gözlənilir". 

Son xəbərlər

Orphus sistemi