Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb

Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb Bu ilin dörd ayında ixrac olunan təbii qazın miqdarı 2,7, dəyəri isə 3,3 dəfə artıb
Energetika
11 May , 2017 12:31
Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb

Bakı. 11 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 1,705 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiy xəbərə görə, bu dövrdə ixrac olunan təbii qazın dəyəri 276,201 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycan 627,253 mln. kubmetr miqdarında, 83,590 mln. dollar dəyərində təbii qaz ixrac edib. Beləliklə, bu ilin dörd ayında ixrac olunan təbii qazın miqdarı 2,72, dəyəri isə 3,3 dəfə artıb.

Bu dövrdə Azərbaycanın ümumi ixracında təbii qazın payı 8,05% olub.

Son xəbərlər

Orphus sistemi