Azərbaycanın qaz ixracından gəliri 35% artıb

Azərbaycanın qaz ixracından gəliri 35% artıb Bu ilin yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın həcmi isə 13% artıb
Energetika
14 Noyabr , 2017 12:39
Azərbaycanın qaz ixracından gəliri 35% artıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 5,649 mlrd. kubmetr təbii qaz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda təbii qazın dəyəri 1 001,705 mln. dollar təşkil edib.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,06% olub.

Bu ilin yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 13%, dəyəri isə 35% artıqdır.

Son xəbərlər

Orphus sistemi