Azərbaycanın MHŞT-də “namizəd ölkə” statusu saxlanılıb

Azərbaycanın MHŞT-də “namizəd ölkə” statusu saxlanılıb Bu barədə Astanadakı toplantıda qərar verilib
Energetika
26 Oktyabr , 2016 12:26
Azərbaycanın MHŞT-də “namizəd ölkə” statusu saxlanılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin oktyabrın 24-26-sı tarixlərində Astanada (Qazaxıstan) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 35-ci iclası keçirilib.

“Report”a Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, iclasda Fondun icraçı direktoru, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

İclas çərçivəsində Azərbaycanın Qiymətləndirilməsinə və MHŞT-dəki statusuna dair müzakirə keçirilib. MHŞT üzrə İdarə Heyəti Azərbaycanda ikinci Qiymətləndirmə zamanı ümumilikdə nəzərəçarpan proqresin əldə edildiyini və bir neçə fərdi tələb üzrə mühüm irəliləyişlərin əldə olunduğunu nəzərə alaraq Azərbaycanın “namizəd ölkə” statusunda saxlanılmasına qərar verib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə, Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Son xəbərlər

Orphus sistemi