“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb

“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb USAID Strateji Yol Xəritəsi çərçivəsində Azərbaycana lazımi köməyi göstərməyə hazır olduğunu açıqlayıb
Energetika
16 Oktyabr , 2017 14:02
“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində nazir müavini Gülməmməd Cavadovla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis və qurumun energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börnsün daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

G.Cavadov “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə məlumat verib və bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv tənzimləmə mexanizminin yaradılmasıdır. Bu məqsədlə USAID-lə birgə “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanma prosesinin tezliklə yekunlaşdırılmasının vacibliyini qeyd edib. O, layihənin ilkin variantının Nazirlikdə müzakirə edildiyini və müəyyən dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qurumun Azərbaycan üzrə missiyasının direktoru M.Meredis ABŞ hökumətinin Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən qurumlarla əməkdaşlıq münasibətlərinə toxunub, Strateji Yol Xəritəsi çərçivəsində lazımi köməyi göstərməyə hazır olduqlarını deyib.

USAID-in energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börns isə “Azərbaycanın elektrik enerjisi bazarı” haqqında qanun layihəsinin ümumi strukturu ilə bağlı Energetika Nazirliyinin mövqeyini öyrənib. Ayrı-ayrı maddələrlə bağlı təkliflərin irəli sürülməsindən sonra prosesin qısa bir vaxtda yekunlaşacağını bildirib.

Görüşdə qurumun nümayəndələri ilə birgə müzakirələrin intensiv təşkil edilməsi və on gün müddətində nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin verilməsi razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi